Rusiya hərbi qüvvələrinin bir hissəsini Suriyadan çıxarır

6 Yanvar 2017 13:44 (UTC+04:00)

AzNews.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bildirib ki, ilk olaraq Suriyandan Admiral Kuznetsov adını daşıyan təyyarə gəmisi, Rusiyanın Hərbi Dəniz Donanmasının Flaqmanlarından biri olan “Pyotr Velikiy” kreyseri və digər gəmilər çıxarılacaq. O bildirib ki, bu barədə prezident, Silahlı Qüvvələrin Ali Baş komandanı Vladimir Putin qərar qəbul edib.

O bildirib ki, aviadaşıyıcı qrup vahid Hava Hücumundan Müdafiə sisteminin yaradılması tapşırığını uğurla yerinə yetirib. Gerasimov xatırladıb ki, Suriyanın bütün ərazisində 30 dekabr 2016-cı il tarixində atəşkəs elan edilib.