Yazıçılar Birliyindən Qulu Ağsəsə etiraz

25 Yanvar 2013 15:43 (UTC+04:00)
Şair Qulu Ağsəsin "Qarabağ mövzusu ilə ədəbiyyata gəlib Yazıçılar Birliyinin üzvü olan xeyli adamlar var" ittihamına Yazıçılar Birliyindən cavab gəldi.

Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu AzNews.az-a açıqlamasında Qulu Ağsəsin bu ittihamını bəsit söhbət adlandırdı: "Mən elə deməzdim. Şair və yazıçılar təkcə Qarabağ mövzusunda deyil, bir başqa mövzularda da yazır.

Əgər onların qələmi, istedadı varsa o, niyə də Yazıçılar İttifaqının üzvü olmasın. Məncə bu bəsit söhbətdir. Mövzunun nə aidiyyatı var. Biri elmi məqalə, biri publisistika ilə məşğul olur və sonda Yazıçılar Birliyinin üzvü olur. Çoxdandır ki, birliyə qəbul da yoxdur, dayandırılıb".

Bahar Rüstəmli
AzNews.az