Əbülfəs Qarayev səfirlə görüşdü

25 Yanvar 2013 15:47 (UTC+04:00)


Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bolqarıstanın Azərbaycandakı səfiri xanım Maya Xristovanı qəbul edib. Nazirlikdın verilən məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Bu görüşün əsas məqsədi isə 2014-cü ildə Azərbaycanda Bolqarıstan Mədəniyyət Günlərinin, 2015-ci ildə isə Bolqarıstanda Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Bahar Rüstəmli
AzNews.az