20 yaşlı oğlanı qatar vurdu

6 Yanvar 2017 15:15 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Ağstafa şəhərində qeydə alınıb.

Rayon sakini, 1997-ci il təvəllüdlü Tamerlan Cəfərov dəmir yol xəttini keçən zaman qatar onu vurub.

Xəsarətlərlə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən T. Cəfərovun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzNews.az