Tramp Meksikanın hesabına sərhəddə divar hörülməsi fikrindən daşınıb - Amerika büdcəsi maliyyələşdirəcək

6 Yanvar 2017 15:42 (UTC+04:00)

AzNews.az CNN telekanalına istinadən bildirir ki, respublikaçı prezident bu layihənin Amerika büdcəsi hesabına maliyyələşməsi üçün Konqressə müraciət edəcək.

Bu üsulla Tramp administrasiyası 2006-cı ildə Corc Buş tərəfindən imzalanan Meksikayla sərhəddə 700 mil uzunluğunda divarın çəkilməsi barədə qanundan istifadə etmək niyyətindədir.

Həmin vaxt bu layihə naməlum səbələrdən reallaşmamışdı.