Əli Kərimlinin köməkçisinin həbs müddəti uzadıldı

6 Yanvar 2017 16:10 (UTC+04:00)

Trend-in məlumatına görə, prosesdə prokurorluğun təqdimatı təmin edilib və F.Əmirlinin barəsində həbs qərarının müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, F.Əmirli bu il avqustun 20-də saxlanılıb və Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmək) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

AzNews.az