Məhbus şalvarının kəməri ilə özünü asdı - Ciddi rejimli cəzaçəkmə müəssisəsində

6 Yanvar 2017 16:42 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Nizami rayonu, Böyük Şor qəsəbəsində yerləşən 15 saylı ciddi rejimli Cəzaçəkmə Müəssisəsində baş verib.

Orada cəza çəkən 1984-cü il təvəllüdlü Aslanov Mahir Nazir oğlu müəssisəsin yaşayış sahəsində yerləşən idman kompleksindəki meydançanın tavanından özünü şalvarının kəməri ilə asıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

AzNews.az