ABŞ-ın Azərbaycandakı səfiri geri çağırılır? - ABŞ-dan münasibət

6 Yanvar 2017 18:45 (UTC+04:00)

Bu barədə yeni prezident Donald Trampın inauqurasiya mərasimindən sonra xarici ölkələrdəki səfirləri, o cümlədən Robert Sekutanı geri çağıracağı barədə məlumatlarla bağlı ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya bildirilib.

ABŞ prezidentini təmsil edən səfirlər prezidentinin təyinatı əsasında çalışırlar.

Qeyd edək ki, “New-York Times” qəzeti bəzi diplomatlara istinadən yazıb ki, Donald Tramp inauqurasiya mərasimindən sonra xarici ölkələrdə fəaliyyət göstərən bütün ABŞ səfirlərini geri çağıracaq. Bununla bağlı ABŞ Dövlət Departamentinə bildiriş də göndərilib.

Donald Trampın inauqurasiya mərasimi yanvarın 20-da keçiriləcək.

AzNews.az