"Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov bildirib ki, bu istiqamətdə qatarların sürəti 100-140 km/saat təşkil edəcək: "Gəncəyə İsveçrənin "Stadler Rail" şirkətinin "KİSS" markalı qatarları hərəkət edəcək. Ehtimal edirik ki, əlavə bu cür qatarların alınmasına ehtiyac yaranacaq".
Hazırda Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Ötən ilin dekabr ayında Bərgüşad-Müsüslü mənzilində 12,5 km yolun əsaslı təmirinə start verilib. Bu layihənin icrasına isə 2015-ci ilin oktyabr ayının sonunda başlanılıb və bu günə kimi 186 km dəmir yolu əsaslı təmir olunub.