Buş Trampın andiçmə mərasiminə getməkdən imtina etdi

6 Yanvar 2017 19:06 (UTC+04:00)

AzNews.az The Daily Caller-ə istinadən xəbər verir ki, respublikaçılarından ABŞ prezidentliyinə sabiq-namizəd Ceb Buş ailəsi ilə birgə yeni seçilən prezidentin inauqurasiya mərasiminə getməkdən imtina edib. O, Trampla birgə respublikaçılar partiyasından prezidentliyə namizədliyini irəli sürmüşdü.

Floridanın keçmiş qubernatoru və sabiq prezident kiçik Buşun qardaşı Ceb Buş sonuncu dəfə 1980-ci ildə Ronald Reyqanın andiçmə mərasimində iştirak edib. Həmin vaxt onun atası ABŞ-ın vitse-prezidenti seçilmişdi.