“Qarabağ”a 3 qol vuran futbolçuya Çindən 45 milyonluq təklif

6 Yanvar 2017 19:22 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, bu gün "Çelsi"nin futbolçusu Con Obi Mikellə müqavilə imzalayan Çinin "Tyanzin Teda” klubu xorvatiyalı hücumçunu da transfer edir.

Klublar arasındakı razılığa əsasən, superliqa təmsilçisi bu keçid üçün “Fiorentina”ya 45 milyon avro ödəyəcək.

Daha əvvəl isə Florensiya təmsilçisi Çinin II liqasında mübarizə aparan “Tyantszin Syuantsyan” klubunun 40 milyon avroluq təklifini rədd etmişdi.

Qeyd edək ki, bu mövsüm Kaliniç A seriyasında 18 oyunda 8 qol vurub və 1 qolun otürməsini edib. O, eyni zamanda Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a 5:1 hesabı ilə qalib gəldikləri matçda 1 qolun müəllifi olub.

Bundan başqa, Kaliniç hələ "Dnepr"də çıxış edəndə "Qarabağ"la Bakıdakı oyunda (1:2) dubla imza atıb.