Bakıda "BMW" yandı

6 Yanvar 2017 21:24 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, Binəqədi rayonunda vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin salonu və mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.