Lənkəranda atışma - 1 nəfər yaralandı

6 Yanvar 2017 22:52 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bürcəli kəndində qeydə alınıb.

Atışma nəticəsində 1985-ci il təvəllüdlü Abbasov Taleh Rəfqan oğlu odlu silah yarası alıb və xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat otağına göndərilib.

Zərərçəkənin atasının sözlərinə görə, oğlu 4 nəfərlə mübahisə edib və bu zəmində ona atəş açılıb.