Həbs olunan prodüserin ikinci məhkəməsi keçirləcək

25 Yanvar 2013 16:08 (UTC+04:00)
Hazırda həbsdə olan prodüser Emin Mansurovun yanvar ayının 28-də Yasamal rayon Məhkəməsində ikinci dəfə məhkəmə prosesi keçiriləcək. AzNews.az-ın məlumatına görə, E.Mansurov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

Belə ki, prodüserdən şikayətçi olan qadın iddia edir ki, E.Mansurov onun etimadını qazanaraq işə düzəltmə adı ilə 6000 manat pulunu alıb və verdiyi vədə əməl etməyib.

E.Mansurov isə iddialarla razılaşmır.

Qeyd edək ki, Emin Mansurov "MM production"ın rəhbəridir.

Fuad Mədətov
AzNews.az