“Zor tətbiq etməklə uşağı atasından alıblar” - Məhkəmə sədri

7 Yanvar 2017 12:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, F. Pənahov APA-ya açıqlamasında Quba rayon Məhkəməsinin 2009-cu ildə çıxardığı qərara əsasən uşağın xalasından alınaraq atasına verilməsi barədə qərar qəbul olunduğunu deyib. Bundan sonra tərəflər yuxarı instansiya məhkəmələrinə müraciət ediblər. Ali Məhkəmə Quba rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Həmin qərar könüllü şəkildə icra olunmadığı üçün ötən il dekabrın 7-də məcburi şəkildə icra edilib.

"Bir müddət sonra qarşı tərəf zor tətbiq etməklə uşağı yenidən atasından alıb", - deyə hakim söyləyib.