Kürdəmirdə ev külə döndü - 20 nəfər təxliyə olundu

7 Yanvar 2017 13:21 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Atakişili kəndində beşmərtəbəli inzibati binanın 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahə 18 m2 olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. Bitişik mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.