Azərbaycanın qızıl-valyuta ehtiyatları açıqlandı - Dünyada 60-cı yerdəyik

7 Yanvar 2017 15:07 (UTC+04:00)

"APA-Economics" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) açıqladığı statistikada qeyd edilib.

Ümumilikdə, Azərbaycanın strateji valyuta ehtiyatlarının 12,8%-i qızıl ehtiyatının payına düşür.

Qeyd edək ki, dünya ölkələri arasında qızıl-valyuta ehtiyatlarının həcminə görə Azərbaycan 60-cı yerdə qərarlaşıb.

Statistikaya görə, dünyada qızıl ehtiyatlarının həcminə görə, ABŞ birinci yerdədir. Bu ölkənin 8 133,5 ton qızıl ehtiyatı var ki, bu da ümumi strateji valyuta ehtiyatlarının 74,2%-i deməkdir. İkinci yerdə 3 377,9 tonla Almaniya (68,1%), üçüncü yerdə BVF qərarlaşıb.

AzNews.az