“Serj Sarkisyan, Meqradzor!“- ETİRAZ

25 Yanvar 2013 16:54 (UTC+04:00)


"Meqradzorda sianidə yox", "Serj Sarkisyan, Meqradzor!" yazısı olan plakatlar açan kənd sakinləri qeyd ediblər ki, bir gecə ərzində 800 imza toplayıblar.

Sakinlərdən biri isə deyib ki, zavod rəhbərliyi də öz növbəsində sexin tikilməsi üçün imza toplamağa başlayıb. Rəhbərlik az sayda imza toplayıb ki, bu da kənddə 100-120 nəfərin işləməsi ilə əlaqədardır.
"Alim və ekoloqlar məlumat veriblər ki, zavod artıq bizim üçün də təhlükə mənbəyidir", - Karen Ovannisyan adlı sakin vurğulayıb.
Sianid natrium yüksəkzəhərli maddədir, insan üçün ölümcül dozası 0,1 qramdır.

Sakinlərin sözlərinə görə, zavodda qəza baş verəcəyi halda, yaxınlıqdakı yaşayış məntəqələri ziyan görəcəklər.

Prezidentin müşaviri etirazçılardan üç nəfəri qəbul edib və problemi öyrənmək barədə vəd verib.