“Mənimlə bağlı dediklərinə məyus oldum” - Nazpəri Dostəliyeva

7 Yanvar 2017 20:24 (UTC+04:00)

Axşam.az-ın məlumatına görə, müğənni “Xəzər maqazin”ə açıqlamasında gənc ifaçılara məsləhət verib:

“Küsülü olduğum həmkarım yoxdur. Bir dəfə mənimlə eyni yaşda olan bir ifaçının başqası ilə telefon danışığına qulaq asdım. Mənimlə bağlı dediklərinə məyus oldum. Amma küsmədim, bunu onun səhvi kimi qəbul etdim.

Gənc ifaçılara demək istəyirəm ki, musiqi seçimini düzgün edin. Gözəl mahnılar təqdim edin. Zarafatın öz yeri var, amma həddində. Aşırı zarafatla tamaşaçını qıcıqlandırmayın".