Portuqaliyanın sabiq prezidenti 92 yaşında vəfat etdi

7 Yanvar 2017 21:32 (UTC+04:00)

AzNews.az France-Press agentliyinə istinadən xəbər verir ki, Suariş dekabr ayında xəstəxanaya yerləşdirilmişdi və dərin koma vəziyyətində idi.

Portuqaliya Sosialist Partiyasının qurucusu Mariu Suariş iki dəfə Baş nazir vəzifəsində işləyib, 1986-cı ildən 1996-cı ilədək ölkənin Prezidenti olub. Dövlət başçısı vəzifəsindən getdikdən sonra o, 1999-2004-cü illərdə Portuqaliyanı Avropa Parlamentində təmsil edib. 2006-cı ildə sosialistlər tərəfindən yenidən prezidentliyə namizədliyi irəli sürülsə də, lakin seçkilərdə uduzub.