Yük maşını avtomobillə toqquşdu - 42 yaşlı qadın sürücü öldü

7 Yanvar 2017 22:05 (UTC+04:00)

AzNews.az Türkiyə Kiv-lərinə istinadən xəbər verir ki, yolun buzlu olması səbəbi ilə 45 DS 262 nömrə nişanlı avtomobil idarəetməni itirərək HB 6961 nömrə nişanlı yük maşını ilə toqquşub. Hadisə nəticəsində avtomobilin sürücüsü 42 yaşlı Sevil Dinc ölüb. Yük maşınının sürücüsü isə ifadə vermək üçün polis bölməsinə aparılıb.