Bir avtomobilin kredit və qeydiyyat məsələsi iki ailəni problemə saldı - Video

7 Yanvar 2017 23:30 (UTC+04:00)

Xezerxeber.az məlumat verir ki, Qəbələ sakini Asim Aliyev 2 il əvvəl 3 min manat kredit götürüb və köhnə avtomobilini də etibarnamə ilə satıb üzərinə pul qoyduqdan sonra başqa birini alıb. Ancaq ötən ilin iyun ayında həmin avtomobillə qəzaya uğrayaraq dünyasını dəyişib.

İndi isə ailəsi qalan krediti ödəyə bilmədiyinə görə məhkəmə qərarı ilə ölən şəxsin etibarnamə ilə satıldığı maşınına həbs qoyulub.

Üstəlik avtomobil əvvəlki sahibinin ünvanında qeydiyyatda oldugundan onlar ünvanlı sosial yardım da ala bilmir.

Avtomobilə həbs qoyulduğundan, alan şəxs də öz adına keçirə bilmir. Nəticədə iki ailə problemlə üzləşib. Mütəxəssislər isə deyir ki, həmin adam məhkəməyə müraciət etməklə məsələ həllini tapa bilər.

Hüququşünas bildirir ki, məhkəmənin qərarı ilə avtomobilin qeydiyyat ünvanı dəyişdikdən sonra ailə müraciət edə bilər.

AzNews.az