Volkswagen 50 min avtomobilini geri çağırdı

8 Yanvar 2017 10:36 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Volkswagen avtokonserni avtomobillərində əyləc sistemində problem aşkarlayıb.

Siyahıya 2012-ci ilin iyulundan 2015-ci ilin avqustuna qədər istehsal olunan 44718 Beetle modeli, 2012-ci ilin iyulundan 2013-cü ilin iyuluna qədər istehsal edilmilş 4762 Golf modeli düşüb.

Məlumata görə, avtomobillərdə kruiz-kontrolun uzun müddət istifadəsinə görə tormozların vakuum gücləndiricisiylə və onun hava filtriylə problem yarana bilər. Bu isə nəticədə əyləc pedalının işinə təsir edə və qəza vəziyyətinə səbəb ola bilər.