Emin Ağalarov: “Ангел Бес” – VİDEO – FOTO

25 Yanvar 2013 17:06 (UTC+04:00)


Dünən "WOW TV" telekanalında məşhur müğənni və bəstəkar Emin Ağalarovun ifa etdiyi "Ангел Бес" ("İblis") adlı mahnıya çəkilən klipin premyerası olub. Klip keçən ilin oktyabr ayında Polşada çəkilib.

AzNews.az müğənninin rəsmi saytına istinadən xəbər verir ki, "Ангел Бес"-Eminin uzunmüddətli musiqi karyerasında 3-cü rusdilli sinqlıdır. Mahnının sözləri İrina Dupsovaya məxsusdur və onunla birgə hazırlanıb.

"Bu mənim rus müəllifi ilə ilk təcrübəmdir və mən mahnının bu cür alınmasına çox şadam. Fikrimcə, İrina Dupsovanın sayəsində musiqi xüsusi tərzdə səsləndi. Ümidvaram ki, dinləyicilərim mənim rəyimlə razıdırlar", - E.Ağalarov deyib.

Qeyd edək ki, 2012-ci ilin sonunda Emin ABŞ-ın ən məşhur olan "Top-20", "Top-20 Billboard" çartlarında ilk dəfə böyük uğurla çıxış edib və Amerikanın ən populyar "Billboard Hot Singles Chart" və "FMQB AC Chart"-larında 10-cu pilləni tutub. Bu ilin fevralında Emin əfsanəvi prodüser Kevin Şirley ilə növbəti plastinkasının yazılışını planlaşdırıb. Kevin İron Meydn, Aerosmit və Led Zeppelin ilə birgə işləri ilə məşhurlaşıb.

Əlavə məlumat üçün bildirək ki, fevralın 14-də Rusiyanın "Muz TV" musiqi telekanalında Eminin konserti yayımlanacaq. Konsert "Crocus City Hall"da dekabrın 11-də çəkilib.

Fuad Mədətov
AzNews.az