Moskva-Bakı reysində gecikmə oldu

8 Yanvar 2017 14:19 (UTC+04:00)

"Report" "Domodedovo" aeroportunun onlayn tablosuna istinadən xəbər verir ki, Rusiyanın "S7 Airlines" aviaşirkətinə məxsus "Airbus A319" təyyarəsi 13:56-da yola düşüb və gecikmə ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edəcək.

Qeyd edək ki, "Domodedovo" hava limanında ümumilikdə 32 reys gecikir və 2-si təxirə salınıb.

Hazırda Moskva regionunda olduqca soyuq hava şəraiti hökm sürür.

AzNews.az