Sərhəd-keçid prosedurları sadələşdiriləcək - sərhəddə gözləməli olmayacaqsız

8 Yanvar 2017 18:13 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunur.

Strateji yol xəritəsində bildirilir ki, bunun üçün həm də idxal-ixrac əməliyyatlarına və tranzit yüklərin daşınmasına sərf olunan vaxt və xərclər optimallaşdırılmalı və bu sahədə digər vacib addımlar atılmalı, beynəlxalq dəhlizlərboyu yol infrastrukturu genişləndirilməli, yenidənqurma işləri və tikinti layihələri başa çatdırılmalı və beynəlxalq standartlara uyğunlaşdırılmalıdır.

Sənəddə qeyd edilən bütün bu məsələlər qarşıya qoyulan strateji məqsədlər kimi qeyd edilib.