“Neftçi” 2017-də ilk oyununa çıxdı - Sivassporla

8 Yanvar 2017 21:34 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, hazırlıq matçında “ağ-qaralar”ın rəqibi Türkiyə 1-ci liqa təmsilçisi “Sivasspor” olub. Oyun 0:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, "Sivasspor" hazırda turnir cədvəlində 4-cü yeri tutur və superliqaya çıxmaq uğrunda mübarizə aparır.

"Sivasspor" - "Neftçi" - 0:0
İstifadə edilməyən penalti:
"Sivasspor", 51 (Maksim Vaylo)

“Neftçi”:
33.Boban Baykoviç (53. Maksim Vaylo, 46), 14.Kirilo Petrov, 6.Pavel Dreksa, 29.Georgi Navalovski (22. Mahir Şükürov, 46), 27.Məqsəd İsayev, 13.Murad Ağayev, 8.Zdenek Folprext, 19.Fəhmin Muradbəyli, 17.Rəhman Hacıyev (K), 9.Namiq Ələsgərov, 20.Damir Vidoviç (3.Jairo Rodriges, 82).