23 yaşlı oğlanla xalası dəm qazından boğuldu - Bakıda

9 Yanvar 2017 09:48 (UTC+04:00)

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Bəhruz Nuroyev küçəsi 81 ünvanında yerləşən yataqxanada qeydə alınıb. Orada yaşayanlar - 23 yaşlı Cəfər Elşad oğlu Quliyev və xalası, 50 yaşlı Sevinc Allahverdi qızı Əliyeva dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az