52 yaşlı kişiyə 4 bıçaq zərbəsi vuruldu - Bakıda

9 Yanvar 2017 10:00 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində baş verib.

Belə ki, 1964-cü il təvəllüdlü Məmmədov Hacıbaba Məmməd oğlu işdən evə qayıdan zaman onunla naməlum şəxs "Azərbaycan qadını" küçəsində əlbəyaxa mübahisə edib. Nəticədə H.Məmmədov 4 bıçaq zərbəsi alıb. H.Məmmədov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

AzNews.az