İranın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq

9 Yanvar 2017 11:05 (UTC+04:00)

İran səfirliyindən "Report"a verilən məlumata görə, xatirə kitab yanvarın 10 və 11-də saat 10:00-dan 12:00-dək və 15:00-dan 17:00-dək açıq olacaq.

Bundan başqa, İranda üç günlük matəm elan olunması ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyində dövlət bayrağı endirilib.

Eyni zamanda, mərhum prezident xatirəsinə həsr olunmuş xatirə tədbirlərinin keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, Ə.Rəfsəncani yanvarın 8-də Tehran xəstəxanalarından birində ürək tutmasından 81 yaşında dünyasını dəyişib. O, 1989-1997-ci illərdə İran prezidenti olub. Sabiq prezident son vaxtlar İranın ali dini lideri Əli Xameneyinin yanında müşavirə orqanına rəhbərlik edib.

AzNews.az