2014-cü ildən sonra doğulanlara siqaret satışı qadağan olunur

9 Yanvar 2017 12:13 (UTC+04:00)

AzNews.az xəbər verir ki, yeni qanun layihəsinə görə, Rusiyada 2015 və sonrakı illərdə doğulan şəxslərə tütün məmulatlarının satışı qadağan olunacaq. Əgər qanun layihəsi təsdiq olunsa, ölkədə siqaret çəkənlərin 25% azalacağı ehtimal olunur.

Maraqlıdır ki, 2014-cü ildən sonra doğulan şəxslərə 18 yaşına çatdıqdan sonra da tütün məmulatları satılmayacaq. Qanun layihəsi 2033-cü ilə qədər olan dövrü əhatə edir. Bundan başqa, tütün məmulatlarının komunal mənzillərdə, bütün növ avtomobil nəqliyyatında, beynəlxalq sərnişindaşınmalarda, ictimai nəqliyyat dayancaqlarında və bura 3 metr məsafədə də siqaret çəkilməsinin qadağan olunması nəzərdə tutulub.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, Rusiyada 15 yaşında yeniyetmələr arasında siqaret çəkilməsi halları artıb.