XİN-dən Azərbaycanın İslam hərbi koalisiyasına qoşulması barədə xəbərlərə - Münasibət

9 Yanvar 2017 14:39 (UTC+04:00)

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AzNews.az-a bildirib ki, Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur.

"İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sözügedən məsələ ilə əlaqədar vaxtilə müxtəlif fikirlər səsləndirilib. Hər hansı təklif irəli sürüldüyü halda, Azərbaycan tərəfindən müfəssəl şəkildə təhlil olunur", - deyə H. Hacıyev vurğulayıb.

AzNews.az