Avtomobil dərəyə aşdı - Yaralılar var

9 Yanvar 2017 16:08 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərinin Heydər Əliyev prospektində baş verib.

Hacıqabul rayonunun Talış kənd sakini, 1997-ci il təvəllüdlü Rəhimov Elnur Eynulla oğlunun idarə etdiyi “KİA Sportage” markalı 90 GP 469 dövlət nömrə nişanlı avtomobil böyük sürətlə hərəkətdə olarkən yoldan çıxıb və dərəyə yuvarlanıb.

Nəticədə sürücü və sərnişin - Talış kənd sakini, 1993-cü il təvəllüdlü Əliyev Fərid Şuru oğlu yüngül bədən xəsarətləri alıblar. Onlara Şirvan şəhər xəstəxanasında tibbi yardım göstərilib.

Avtomobil tamamilə yarasız vəziyyətə düşüb. Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

AzNews.az