ANS-in rəhbərliyi barəsində Baş Prokurorluqda cinayət işi açılıb? - Rəsmi açıqlama

9 Yanvar 2017 16:26 (UTC+04:00)

Bu barədə AzNews.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

E.Sultanov qeyd edib ki, bununla bağlı yayılmış məlumatlar həqiqətə uyğun deyil. Belə ki, şirkətin vəzifəli şəxslərinin terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlarla bağlı Baş Prokurorluqda toplanmış materiallar Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin rəhbərliyi ilə Azərbaycanda təhsil müəssisələrində və digər müxtəlif qurumlarda uzun müddət fəaliyyət göstərən “Hizmet harekatı”nın təəssübkeşləri tərəfindən dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd, sosial və dini nifrət, düşmənçiliyin salınmasına yönələn hərəkətlər edilməsi və digər faktlara dair Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işinə əlavə edilib.

Hazırda həmin iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

AzNews.az