Yeddi yunan-Roma güləşçimiz beynəlxalq reytinqdə - İlk onluqda

9 Yanvar 2017 18:31 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 pəhləvanımızın adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub.

Olimpiya Oyunlarının bürünc medalçıları Rəsul Çunayev (66 kq) reytinqdə 3-cü, Sabah Şəriəti (130 kq) isə 4-cü yerdədir. Dünya çempionatının bürünc medalını qazanan Həsən Əliyev (71 kq) də öz çəkisində 3-cü sırada qərarlaşıb.

İlk onluğa daxil olan digər güləşçilərdən Rövşən Bayramov (59 kq) 6-cı, Rafiq Hüseynov (80 kq) 7-ci, Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) isə 8-ci yerdədirlər.