AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, "qırmızı-qaralar"ın səhər saatlarında qardaş ölkəyə səfəri nəzərdə tutulsa da, bu, baş verməyib.
Buna isə Türkiyədə əlverişsiz hava şəraitinin hökm sürməsi səbəb olub. Bu səbəbdən İstanbul uçuşları təxirə salıb.
Nəticədə 07:55-də uçuşa hazırlaşan komanda üzvləri hava limanından geri qayıtmağa məcbur olub.
"Qəbələ"nin təxirə salınan səfəri axşam 20:50-də gerçəkləşəcək.