Rus diplomat evindən ölü vəziyyətdə tapıldı

9 Yanvar 2017 23:26 (UTC+04:00)

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, Rusiya konsulluğunda fakt təstiq olunub. Andrey Melanini Afinanın mərkəzində yerləşən evindən ölü vəziyyətdə tapıblar. Diplomat səhər işə gəlməyib və zənglərə cavab verməyib.

Evinə polislərlə gələn həmkarları qapını qırıb, içəri daxil olublar. Yunanıstan polisi bildirib ki, diplomat vəfat edib. Onu heç kim öldürməyib. Faktla bağlı araşdırma aparılır.