Biləsuvarda yanğın

10 Yanvar 2017 09:03 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Biləsuvar rayonu, Ağalıkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan köməkçi tikilinin tavanının yanar konstruksiyaları yanıb.

Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 08:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.