“Baku Bus”un avtobusu ağır qəza törətdi - Ölən var

10 Yanvar 2017 11:01 (UTC+04:00)

Lent.az xəbər verir ki, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində “BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən “İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə “Nissan Qasqai” toqquşub. Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb.

AzNews.az