Qərb Universitetində Dizayn fakültəsi tələbələrinin baxış imtahanı keçirilib - FOTO

10 Yanvar 2017 11:07 (UTC+04:00)

AzNews.az xəbər verir ki, baxışda Qərb Universitetinin 624/1, 624/2 qrup tələbələrinin qrafik layihələri, rəsm, rəngsazlıq kompozisiyaları təqdim olunub. Təqdim olunan layihələr öz aktuallığı, mövzu seçimi və qrafik materialları ilə komissiya üzvlərinin müsbət rəyi ilə qiymətləndirilib.

1996-cı ildən etibarən mütəxəssislər hazırlayan "Dizayn fakültəsi" özəl ali təhsil müəssisələri içərisində ilk dəfə Qərb Universitetində yaradılmışdır.