Bakıda qəza: 3 avtomobil toqquşdu

26 Yanvar 2013 08:55 (UTC+04:00)

Bu dəqiqələrdə Bakının Tolstoy küçəsi ilə Təbriz Xəlilbəyli küçəsinin kəsişməsində ağır yol nəqliyyat hadisəsi baş verib.


AzNews.az - ın hadisə yerinə olan əməkdaşı xəbər verir ki, 10 TM 386 dövlət nömrə nişanlı "Moskviç" markalı avtomobillə 90 TB 568 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində yolun kənarındakı 90 CP 119 nömrə nişanlı "Mersedes -180" markalı maşına da ciddi ziyan dəyib. Hadisənin baş verdiyi ərazidə yol nişanları qoyulmadığından hadisədə günahkarın hansı maşının sürücüsü olması tərəflər arasında mübahisə yaradıb.

Qəza nəticəsində yol bağlanıb, nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

AzNews.az