Qadın hamam otağında damarlarını doğradı - Bakıda

10 Yanvar 2017 11:36 (UTC+04:00)

“Report”un məlumatına görə, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsindəki evlərdən birində 1958-ci il təvəllüdlü İradə Musayeva yaşadığı evin hamam otağında damarlarını kəsərək intihar edib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.

AzNews.az