Rəfsəncani ilə vida mərasimi keçirilir - Fotolar

10 Yanvar 2017 13:20 (UTC+04:00)

Publika.az İRNA agentliyinə istinadən xəbər verir ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi cənazə namazı qılıb.

Vida mərasimində hökumət üzvləri, parlament rəhbərliyi, millət vəkilləri və yüksək vəzifəli hərbi məmurlar iştirak edirlər.

Məlumata görə, Əli Əkbər Haşimi Rəfsəncani İranın İslam Respublikasının banisi Xomeyninin Tehranın cənubunda yerləşən mavzoleyində dəfn olunacaq.

Ölkədə 3 günlük matəm elan edilib.

AzNews.az