36 yaşlı kişi əvvəlcə döyüldü - Sonra güllələndi

10 Yanvar 2017 13:36 (UTC+04:00)

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə Masallı rayonunun Yeyən kənd sakini, 36 yaşlı Xəqani Qədirov Masallı Rayon Mərkəzi (RMX) xəstəxanasına yerləşdirilib.

İnsident rayonun "İstisu" sanataroyasi yaxınlığında, Qəriblər kəndi ərazisində baş verib. İlkin məlumata görə X.Qədirov iki nəfər Ərkivan qəsəbə sakinləri tərəfindən döyülüb və sonradan tapançadan atəş açılıb.

Hadisənin iki tərəf arasında yaranan mübahisə zamanı baş verib.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində (RPŞ) araşdırmalara başlanılıb.

AzNews.az