Azərbaycan rəsmiləri Rəfsəncaninin dəfn mərasimində iştirak edəcək

10 Yanvar 2017 13:43 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

Səfir bildirib ki, Əli Əkbər Haşimi Rəfsəncaninin dövründə də İran və Azərbaycan arasında güclü əlaqələr mövcud olub. C.Cahangirzadə vurğulayıb ki, bu gün də iki ölkə arasında münasibətlər inkişaf edir:

“Biz qardaş ölkə olaraq hər zaman bir-birimizin yanındayıq, dərdimizə şərikik. Bu qardaşlığın hər zaman inkişaf etməsini istəyirik”.

AzNews.az