Şagird idman dərsində ağır xəsarət aldı

10 Yanvar 2017 13:48 (UTC+04:00)

APA xəbər verir ki, hadisə bu gün günorta saatlarında Digah kənd orta məktəbində qeydə alınıb.

Məktəbin şagirdi, 2001-ci il təvəllüdlü Fərmanov Əkbər Elman oğlu idman zalında idman edərkən yıxılıb.

Xəsarət alan şagird Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Vəziyyətinin ağır olduğu bildirilir.

AzNews.az