Nuraya zor tətbiq edən məhkəmə icraçılarının hərəkətləri araşdırılır

10 Yanvar 2017 14:11 (UTC+04:00)

Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda məhkəmədə aparılan daxili təhqiqatda məhkəmə icraçılarının qərarın icrası zamanı etik davranış qaydaları araşdırılır:

"Əgər məhkəmə icraçılarının hərəkətlərində qanun pozuntusu aşkarlanarsa, həmin şəxslər barəsində müvafiq tədbirlər görüləcək".

Qeyd edək ki, sosial şəbəkələrdə Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan N.Bayramzadənin xalasından alınaraq atası Əvəz Bayramova verilməsi barədə məhkəmə qətnaməsinin icrası prosesində icra məmurlarının azyaşlıya zor tətbiq etməsi ilə bağlı videogörüntü yayılıb.

AzNews.az