Sabah bu ərazilərdə qaz olmayacaq

10 Yanvar 2017 17:16 (UTC+04:00)

AzNews.az SOCAR-ın saytına istinadən xəbər verir ki, sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral qaz kəmərləri sahəsinin ''Yaşma'' qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Aparılan işlərin Siyəzən və Xızı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.