Pul verib aldığı maşını əlindən aldılar - Məcburi köçkün çətin vəziyyətdə - Video

10 Yanvar 2017 21:09 (UTC+04:00)

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Sumqayıtda məskunlaşan Zəngilandan məcburi köçkün Qasım Orucov ötən ilin fevral ayında Ağdam sakini Samir Əyyubovdan 3600 manata minik avtomobili alıb. 4 ay sonra isə avtomobili qohumunun adına qeydiyyata saldırıb.

Bir müddət sonra Vahid Aslanov adlı şəxs məhkəməyə müariciət edib və avtomobilin qaytarılması barədə iddia irəli sürüb. O ərizəsində bildirib ki, minik avtomobilini Qasım Orucovdan əvvəlki sahibi Samir Əyyubova satıb. Lakin Samir onu aldadıb və pulu tam ödəməyib. Ötən ilin noyabr ayında avtomobilə həbs qoyulub və sənədləri ilə birlikdə Qasım Orucovdan alınaraq müvəqqəti duracağa yerləşdirilib. 4 gün əvvəl isə avtomobil məhkəmənin qərarı ilə ilk sahibi Vahid Aslanova qaytarılıb.

Qasım Orucov məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.