İran prezidentinin ev yalanı ifşa oldu-FOTO

26 Yanvar 2013 09:47 (UTC+04:00)
Güney Azərbaycanda zəlzələ nəticəsində evlərini itirən minlərlə ailəyə yeni evlərin qısa müddətdə tikilib verilməsi ilə bağlı İran rəsmilərinin bəyanatları bir daha yalanlanıb. Prezident Mahmud Əhmədinejat çıxışlarından birində zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün dövlətin tam gücü ilə çalışaraq, dünya rekordu əldə etdiyini açıqlamışdı. Prezidentin sözlərinə görə, qısa müddətdə minlərlə yeni ev tikilərək əhaliyə verilib.

Ancaq bu günlərdə zəlzələ bölgəsindəki Zığanov kəndində belə evlərdən birində baş verən qaz partlayışı gerçəkləri üzə çıxarıb. Məlum olub ki, evlərin tikintisi, standartlara uyğun aparılmayıb, istifadə olunan tikinti materialları yararsızdır.

Bundan başqa yeni evlərin davamlılığı da əvvəlki evlərdən heç nə ilə fərqlənmir. AzNews.az "Nəsrnews"a əsasən güneyli soydaşlarımıza verilən "rekord evlərin" vəziyyətini təqdim edir.

Alpər
AzNews.az